Şabranda ağır qəza: yaralılar var

21:46 - 26 Noyabr 2022 - GÜNDƏM

 Şabranda ağır qəza: yaralılar var

Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib, üç nəfər xəsarət alıb.

Buta.ws Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Şabran rayonu Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Beləki, "Opel" markalı minik avtomobili hərəkətdə olan vaxtı, VAZ-2107 markalı avtomobil ötmə əməlliyatını düzgün seçmədiyindən qəza şəraiti yaradıb. Nəticədə TIR "Opel" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində Xaçmaz rayon sakinləri - 1991-ci il təvəllüdlü Ceyhun Cavanşir oglu Süleymanov, 1999-cu il təvəllüdlü Lamiyyə Alfəddin qızı Süleymanova və 2017-ci il təvəllüdlü İsmayıl Ceyhun oglu Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol