Orta Dəhliz təkcə Azərbaycan üçün deyil... - Doran

18:16 - 26 Noyabr 2022 - GÜNDƏM

 Orta Dəhliz təkcə Azərbaycan üçün deyil... - Doran

Orta Dəhliz təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün çox mühüm layihədir.

Buta.ws xəbər verir ki, bunu Report-a açıqlamasında Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran deyib.

“Azərbaycanın gücü günü-gündən artır. Orta Dəhliz layihəsi təkcə Azərbaycana deyil, bütün dünyaya böyük perspektivlər açır”, - alim bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ilə Avropanın kəsişməsində yerləşdiyinə görə bu ölkədən keçən nəqliyyat və kommunikasiya dəhlizləri bir çox dövlətlər üçün yüklərin tranziti üçün geniş imkanlar yaradır.

M.Doran işğaldan azad edilmiş ərazilərin, xüsusən də Ağdam şəhərinin bərpası ilə bağlı fikirlərini bölüşərkən bərpaetmə işlərinin sürətli həyata keçirilməsindən təəccübləndiyini deyib:

“Bir neçə gün əvvəl Zəngilanda səfərdə idim. Orada gördüklərim məndə dərin təəssürat yaradıb”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol