Qətərdə keçirilən dünya çempionatının D qrupunda II tura start verilib.
Buta.ws xəbər verir ki, turun ilk matçında Tunis və Avstraliya yığmaları qarşılaşıblar.
Görüş avstraliyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 23-cü dəqiqədə Mitçell Dyuk vurub.