Terrorçu kimi tanınmasına Rusiyanın cavabı

14:04 - 26 Noyabr 2022 - GÜNDƏM

 Terrorçu kimi tanınmasına Rusiyanın cavabı

Aydındır ki, Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı” “terrorçuluğa sponsorluq” kimi qiymətləndirilə bilməz.

Buta.ws xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

O bildirib ki, davam edən münaqişə terror cinayəti deyil, beynəlxalq humanitar hüquq normalarına və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun aparılır:

“Dövlət özü belə cinayətin subyekti ola bilməz”.

Qeyd edək ki, Avropa Parlamentindən sonra Niderland parlamenti də Rusiyanı terrorun himayədarı olan dövlət kimi tanıyıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol