Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Koronavirusun daha 6 əlaməti aşkarlandı

Dünya
Koronavirusun daha 6 əlaməti aşkarlandı

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi İdarəsinin saytında yerləşdirilmiş məlumatlara koronavirusun daha bir neçə əlaməti əlavə edilib.

 

Buta.ws xəbər verir ki, koronavirusun daha 6 əlaməti mövcuddur. İndi simptomların siyahısına hərarət, qızdırma ilə müşahidə edilən titrəmə, əzələ ağrısı, boğaz ağrısı və dad və ya iybilmə hissinin itməsi əlavə edilib.

 

Koronavirusa yoluxmuş xəstələr bu simptomlar haqqında tez-tez danışırlar.

 

Daha əvvəl ABŞ-ın sanitar tənzimçisi koronavirusun yalnız üç ümumi simptomunu təsvir edib. Bunlar yüksək temperatur, öskürək və nəfəsalmada çətinlikdir.

 

ABŞ-da artıq koronavirusa 950 mindən çox yoluxma halı təsdiq edilib, 54 mindən çox insan ölüb. Birləşmiş Ştatlar dünyada COVID-19-a yoluxanların və ölənlərin sayı üzrə liderdir.  

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 2 804 796-ya çatıb, ölüm hallarının sayı 193 722 təşkil edir.

 

ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. /report.az/

 

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Dünya bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla