Türkiyə: BMT 1945-ci ildə donub qalıb!

08:18 - 26 Noyabr 2022 - GÜNDƏM

 Türkiyə: BMT 1945-ci ildə donub qalıb!

BMT 1945-ci ildə donub qalıb. Müharibədən sonra bir daha müharibə olmaması üçün qurulsa da, o gündən donub qalıb.

Buta.ws xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Quruluşunda ən kiçik yenilənmə olmadığı üçün qlobal məsələlərdə fəaliyyətsizdir. Həll yolu tapa, münaqişələri dayandıra, bugünki böhranlarla bağlı heç birimizin gözləntilərini təəssüf ki, qarşılaya bilmir. BMT-ni nümunə göstərdim, çünki ən ali qurumdur. Bunları Avropa Birliyi (AB) və ATƏT üçün də deyə bilərik. Sədrlik etdiyim Avropa Şurası (AŞ), Avropa Şurası Parlament Assambleyası (AŞPA) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) barədə də deyə bilərik”, - deyə nazir bildirib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol