ABŞ-ın F-15 və F-16 qırıcıları bu ilin sonuna qədər Rusiyanın başlatdığı müharibədə Ukrayna Silahlı Qüvvələrinə qalib gəlməyə kömək edə bilər.
Buta.ws xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Roman Svitan çıxış edib.
O qeyd edib ki, bu təyyarələrin köməyi ilə ukraynalı müdafiəçilər dekabr ayında əraziləri tamamilə işğaldan azad edə bilərlər:
“Biz səmamızı bağlaya və Rusiyanın raket hücumlarına o qədər də məruz qalmaya bilərik, çünki təyyarələr raket əleyhinə sistemləri daşımaq üçün çox yaxşı platformadır”.