Kiyev Rusiya ilə danışıqlara hazırdır

00:14 - 26 Noyabr 2022 - GÜNDƏM

 Kiyev Rusiya ilə danışıqlara hazırdır

Nə Fransa Prezidenti Emmanueal Makron, nə də digər liderlər Kiyevi öz maraqlarına zidd olaraq danışıqlara məcbur edirlər.

Buta.ws xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Fransanın “Parisien” qəzetinin Rusiya ilə danışıqların Kiyev və Paris arasında telefon danışıqlarının mövzusu olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.

“Ukrayna danışıqların əleyhinə deyil. Prezident Vladimir Zelenski G20 sammitində “dünya sülhü”ndən danışıb və buna nail olmaq iradəsini ifadə edib”, - Kuleba söyləyib.

O bildirib ki, görüşün baş tutması üçün Rusiya danışıqları pozmaqdan və ultimatumdan əl çəkməlidir.

Kulebanın fikrincə ədalətli sülh Ukraynanın ərazi bütövlüyünün tam bərpasından başlayır.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol