Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Daşınan qurğular vasitəsilə koronavirus diaqnozlaşdırma sistemi hazırlanır

İKT
Daşınan qurğular vasitəsilə koronavirus diaqnozlaşdırma sistemi hazırlanır

Stenford Universitetinin alimləri "Scripps Research" tədqiqat laboratoriyası və "Fitbit" daşınan qurğular istehsalçısı ilə birlikdə fitnes-bilərzik və "ağıllı" saatlar vasitəsilə koronavirus infeksiyasını erkən mərhələdə aşkarlayaraq insana özünütəcrid etməyə, müalicəyə başlamağa və digərlərinin yoluxmasının qarşısını almağa imkan verən sistem üzərində çalışırlar.

 

Buta.ws ictnews.az-a istinadən bildirir ki, Stenford Universitetinin Tibb Məktəbinin professoru Maykl Snayderin sözlərinə görə, fitnes-qolbaqlar və digər daşınan qurğular gündə yüz minlərlə ölçmələr yerinə yetirir ki, bu da qurğuları güclü monitorinq vasitələrinə çevirir. "Mənim laboratoriyam bu potensialı, bütün bu məlumatları istifadə edərək xəstəliyə yoluxanları ilkin mərhələdə aşkarlamaq istəyir", - bildirib.

 

Bunun üçün layihə iştirakçıları koronavirus xəstəliyinin erkən mərhələsində nəbz, tənəffüs, temperatur və təzyiq dəyişikliklərini təhlil etmək niyyətindədirlər. "Fitbit" tərəfindən sınaqlar üçün min ədəd "ağıllı" saat ayrılacaq və onlar üçün lazımi proqram təminatı hazırlanacaq.

 

Qeyd edək ki, Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri də oxşar layihə üzrə işləyirlər: tədqiqatçılar "COVİD-19" infeksiyasının yüngül formasına yoluxan xəstənin tənəffüs tezliyini izləyə biləcək kompakt ev qurğusunu sınaqdan keçirirlər. Xəstənin vəziyyəti pisləşən zaman qurğu həm onu, həm də həkimləri bu barədə xəbərdar edəcək. Belə qurğu ilk növbədə vəziyyətinin pisləşməsini vaxtında müəyyənləşdirə bilməyən ahıl xəstələr üçün faydalı ola bilər.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

İKT bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla