Samuxda quyuda meyit tapıldı

22:28 - 25 Noyabr 2022 - GÜNDƏM

 Samuxda quyuda meyit tapıldı

Samuxda quyuda meyit aşkarlanıb.

Bu barədə Buta.ws-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, rayonun Çobanabdallı kəndində dərinliyi təqribən 2 metr olan quyudan 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol