Saakaşvili zəhərlənib – Həkim təsdiqlədi

15:52 - 25 Noyabr 2022 - GÜNDƏM

 Saakaşvili zəhərlənib – Həkim təsdiqlədi

Analizlər zamanı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin bədənində 3 ağır metal aşkar edilib ki, bu da onun zəhərlənmiş ola biləcəyini göstərir.

Buta.ws xəbər verir ki, bunu “Empatiya” qeyri-hökumət təşkilatının rəhbəri və həkimi Mariam Cişkariani deyib.

“Saakaşvilinin zəhərlənmə qurbanı olması ehtimalı yüksəkdir, biz bunun əlavə təsdiqini gözləyirik. O, işgəncələrə, qeyri-insani rəftara məruz qalıb və bəlkə də onu zəhərləmək cəhdi olub. Saçında üç ağır metal aşkar edilib”, - Cişkariani bildirib.

O, Prezident Salome Zurabişvilini Saakaşvilini dərhal əfv etməyə çağırıb.

Qeyd edək ki, Saakaşvilinin vəkili və anası onun zəhərləndiyi haqda məlumat yayıb. Onun zəhərlənməsinin qəsd olduğu istisna edilmir.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol