Bu, İran xalqının qələbəsidir - Pəhləvi

15:08 - 25 Noyabr 2022 - GÜNDƏM

 Bu, İran xalqının qələbəsidir - Pəhləvi

İrana qarşı faktaraşdırıcı komitənin yaradılması misilsiz qərardır.

Buta.ws xəbər verir ki, bu sözləri Şahzadə Rza Pəhləvi Tvitter hesabındakı paylaşımında yazıb.

O, bunu İran xalqı və azad dünyanın qələbəsi olduğunu bildirib:

“Şuranın əldə etdiyi və qeydə aldığı faktlar yaxın gələcəkdə cinayətkarların mühakimə olunması üçün zəmin yaradacaq. Bitərəf qalan hökumətlərdən qısamüddətli məqsədəuyğunluğu bir kənara qoymağı və komitənin yaradılmasının əleyhinə səs verən altı ölkədən uduzmuş atla mərc etməməyi xahiş edirəm”, - paylaşımda qeyd edib.

Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 35-ci xüsusi iclasında Pakistan, Venesuela, Ermənistan, Çin, Kuba və Eritreya İranla bağlı faktaraşdırıcı komitənin yaradılmasına dair qətnamənin əleyhinə səs veriblər.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol