SSRİ buna görə dağıldı: Böyük özəlləşmə başlamalıdır

15:02 - 25 Noyabr 2022 - GÜNDƏM

 SSRİ buna görə dağıldı: Böyük özəlləşmə başlamalıdır

İlin sonunadək 1 milyon 200 min məhkəmə qərarının icraya yönəldilməsi gözlənilir: Bu, kifayət qədər böyük rəqəmdir. Ona görə də maliyyə naziri Samir Şərifova müraciət edirəm. Vəsait ayrılmalıdır ki, məhkəmə qərarları icra olunsun. Əgər məhkəmə qərarları tam şəkildə icra olunmursa, bu, investorları da ölkəyə investisiya qoymağa çəkindirəcək.

Buta.ws xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin planera iclasında büdcə zərfinin müzakirəsi zamanı deyib.

Q.Həsənquliyevin Sovet İttifaqının iqtisadi islahatların həyata keçirilməməsi, böyük özəlləşməyə gedilməməsi səbəbindən dağıldığını xatırladıb:

“Bu gün Azərbaycanda iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindədir. Biz böyük özəlləşdirməyə getməliyik. Biz büdcəni daha da artıra bilərik. Amma böyük islahatlara gedilməsə, nəticə bizim arzuladığımız kimi olmayacaq”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol