Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Qusarda “Əxi” ləqəbli şəxs saxlanıldı - FOTOLAR

Kriminal
Qusarda “Əxi” ləqəbli şəxs saxlanıldı     - FOTOLAR

Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən ümumilikdə yeddi nəfər olmaqla iki dəstə ifşa edilib.


DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Buta.ws-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qusar rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş "Əxi” ləqəbli 44 yaşlı Yagir Həzərov rayon ərazisində quraşdırılmış müvəqqəti stasionar postdan keçmək istəyən zaman saxlanılıb. 


Hal şahidlərinin iştirakı ilə Y.Həzərovun üzərinə keçirilən şəxsi baxış zamanı ondan bir ədəd sellofan bükümdə narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. Yagir Həzərov ifadəsində narkotik maddəni Quba rayon sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Xalid Əmirəliyevdən aldığını bildirib.


Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan X.Əmirəliyev şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə üzərində gəzdirdiyi bir bükümdə çəkisi 11,529 qram olan heroin, dörd bükümdə narkotik maddə metamfetamin, eləcə də idarə etdiyi nəqliyyat vasitəsindən qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Keçirilmiş tədbirlərlə X.Əmirəliyevin narkotik maddələri əldə etdiyi mənbə də müəyyənləşdirilib. Ona satış üçün bu maddələri verən Quba rayon sakini, "Baba” ləqəbli Suliddin Həsənov da tutularaq istintaqa təqdim olunub. Hal – hazırda dəstənin digər üzvlərinin ifşa olunması istiqamətində tədbirlər davam etdirilir.


Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışı və dövriyyəsi ilə məşğul olan daha dörd nəfər də ifşa olunub. Araşdırmalarla onların əvvəllər məhkum olunmuş Qusar rayon sakinləri, "Makay” ləqəbli Renad Tahirov, Fazil Bağışov, Quba rayon sakinləri İmran Əliyev və Elmar Kərimov olduqları müəyyən edilib. Saxlanılan şəxslərin hər birindən satış üçün hazırlanmış narkotik maddə heroin və qurudulmuş marixuana aşkar olunaraq götürülüb.


Faktlarla bağlı saxlanılan hər bir şəxs barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
 

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Kriminal bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla