Naxçıvanda islahatlar gedir – Nazir təsdiqlədi

13:50 - 25 Noyabr 2022 - GÜNDƏM

 Naxçıvanda islahatlar gedir – Nazir təsdiqlədi

Buta.ws xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov “2023-cü il dövlət büdcəsi haqqında” Qanun layhəsinin müzakirəsi zamanı deyib.

Samir Şərifov bildirib ki, büdcə xərclərində dəyişiklik son vaxtlar Naxçıvan Muxtar Respublikasında aparılan islahatlarla bağlıdır:

“Naxçıvanda Dövlət Təhlükəsizliyi Xidmətinin bazasında Baş İdarə yaradılıb və bu, dövlət büdcəsinin mərkəzi xərclərindən maliyyələşəcək.

Naxçıvana dotasiyadan azaldılan 31,1 milyon manat yeni səfirliklərin açılması və onların fəaliyyətinin təmin edilməsinə, beynəlxalq fəaliyyətdə Azərbaycan maraqlarının müdafiə edilməsi üçün hüquq məsləhətçilərinin cəlb edilməsinə, səfirliklərin təhlükəsizliyinin qorunmasının artırılmasına yönəldiləcək.

31,1 milyon manatdan 4,1 milyon manat Milli Məclisin xərclərinə, 11,1 milyon manat müdafiə və milli təhlükəsizlik xərc bölməsinin köməkçi bölməsinə yönəldiləcək”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol