İranda Türkiyəyə “məlumat ötürən şəxs” saxlanıldı

12:56 - 25 Noyabr 2022 - GÜNDƏM

 İranda Türkiyəyə “məlumat ötürən şəxs” saxlanıldı

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsi əməkdaşları Tehranda sosial şəbəkə fəalını Türkiyə mediasına informasiya göndərdiyi üçün həbs edib.

Buta.ws xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Məlumatda Tehranın yaxınlığındakı Pərdis şəhərində bir nəfərin xaricdə yerləşən əks-inqilabçı qüvvələrə və Türkiyə mediasına foto və məlumatlar göndərdiyinə görə saxlanıldığı bildirilir.

Saxlanılan şəxsin kimliyi və onun hara aparıldığı barədə əlavə məlumat verilməyib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol