İranda Xameneinin bannerinə od vuruldu

12:22 - 25 Noyabr 2022 - GÜNDƏM

 İranda Xameneinin bannerinə od vuruldu

İranın Tehran, Buşəhr, Həştgerd, Rəşt, İlam, Məşhəd və bir sıra şəhərlərində etiraz aksiyaları bu gün də davam edib.

Buta.ws xəbər verir ki, etirazlar zamanı “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” kimi şüarlar səsləndirilib.

Buşəhr əyalətinin Ərdəkan-Yəzd avtomobil yolunda etirazçılar Xameneinin bannerinə od vurublar.

Bundan başqa, “Bəsic” qüvvələrinə mənsub məmurun evi yandırılıb.

Tehranda etirazçılar avtomobil yolunu bağlayaraq, “Qeyrətli iranlı, maşınını söndür” şüarı səsləndiriblər. Şəhərdəki gənclər cümə axşamı bütün ölkənin küçələrində etiraz aksiyalarına çağırıblar.

Paytaxt metrosunun “Teatr stansiyası”nın qarşısında polis etirazçılara atəş açıb.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol