Rusiyada oğlu qurbağa yeyən nazir istefa verdi

12:14 - 25 Noyabr 2022 - GÜNDƏM

 Rusiyada oğlu qurbağa yeyən nazir istefa verdi

Rusiyanın Çuvaşiya Respublikasının rəqəmsal inkişaf naziri Kristina Maynina istefa verib.

Buta.ws xəbər verir ki, bu barədə nazir özünün şəxsi bloqunda məlumat yayıb.

“Rəqəmsal inkişaf naziri postundan getməyə qərar verdim”, - Maynina bildirib.

Rusiya Teleqram kanallarının məlumatına görə, Mayninanın istefasına səbəb oğlunun yaydığı görüntülərə görə polisə çağırılması olub. Bildirilib ki, orta məktəb şagirdi olan oğlu videoda üzünə qan sürtüb, çiy ət yeyib, qurbağanın başını dişləyib, hətta sinif yoldaşlarını güllələməklə hədələyib.

Oğlanın sinif yoldaşlarından birinin anası video barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Evdə aparılan axtarışlar zamanı oğlandan üzərinə svastika çəkilmiş fincan, nasist simvolları ilə bəzədilmiş çəngəl-bıçaq tapılıb.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol