Ölkədə bu xəstəliyin müalicəsi 2 milyona başa gəlir

12:06 - 25 Noyabr 2022 - GÜNDƏM

 Ölkədə bu xəstəliyin müalicəsi 2 milyona başa gəlir

Gələn il üçün dövlət büdcəsində səhiyyə xərcləri 1,9 milyard manat nəzərdə tutulub. Bu, ötən illə müqayisədə 14 faiz çoxdur.

Buta.ws xəbər verir ki, bunu parlamentin bu gün keçirilən toplantısında deputat Elşad Mirbəşir deyib.

O, güzəştli müalicə tələb edən xəstəliklərə diqqət ayrılmasını vacib sayıb:

“Bizim ölkəmizdə 28 uşaqda sma xəstəliyi mövcuddur. Onların müalicəsi olduqca bahalıdır və valideynlər ciddi problemlə üzləşir. Hökumət üzvlərinin buna diqqət ayırmasını xahiş edirəm. Bu xəstəlikdə bir ineksiya üçün 2 milyon dollar tələb olunur. Hesab edirəm ki, hökumət bu xəstəliklə bağlı addım ata bilər. Onların sayı elə də çox deyil”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol