Tokioda noyabrda istehlak qiymətləri indeksi enerji xərclərinə görə ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz yüksəlib.
Buta.ws xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.
Məlumata görə, ölkədə təzə qida məhsulları istisna olmaqla, yüksək inflyasiya artıq 15 aydır ki, davam edir. Noyabr ayında isə ölkədə qida məhsullarının qiyməti 6,7%, enerjinin isə 24,4% yüksəlib.