Sürücülərin nəzərinə: bu yolda dəyişiklik edildi - Foto

10:32 - 25 Noyabr 2022 - GÜNDƏM

 Sürücülərin nəzərinə: bu yolda dəyişiklik edildi - Foto

Bakı dairəvi yolunda sürücüləri narahat edən, nişanlanma ilə bağlı problem həll edilib.

Buta.ws xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Feysbuk hesabında yazıb.

“Yolun Alatavanın bərabərində sağ kənar hissədən sola - orta hərəkət hissəsinə keçid edərək Biləcəriyə getmək üçün olan kəsiyi qarşısında sol zolaqdakı 1.18 nişanlanma oxu dəyişdirildi. Həmin ox sol zolaqdan yalnız sola hərəkətə icazə verirdi. Bu da hərəkət şəraitinə və oradan sola gedən avtomobillərin sayına uyğun deyildi. Bizim də bu məsələni işıqlandırmağımızdan sonra həmin ox dəyişdirildi və indi sol zolaqdan həm düzünə, həm də sola getmək olar”, - ekspert bildirib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol