Ukraynada itkin düşənlərin sayı açıqlandı

10:26 - 25 Noyabr 2022 - GÜNDƏM

 Ukraynada itkin düşənlərin sayı açıqlandı

Müharibə zamanı Ukraynada 15 mindən çox insan itkin düşüb.

Buta.ws xəbər verir ki, bunu İtkin düşənlər üzrə Beynəlxalq Komissiyanın direktoru Metyu Hollidey deyib.

“15 min rəqəmi dəyişəcək. Çünki təkcə Mariupolda Ukrayna hakimiyyəti 25 min insanın öldüyünü və ya itkin düşdüyünü təxmin edir. Ukraynada itkin düşmüş şəxslərlə bağlı işlərin araşdırılması prosesi hətta hərbi əməliyyatlar dayandırıldıqdan sonra da illərlə davam edəcək. Hələlik nə qədər insanın məcburi köçkün olduğu, Rusiyada saxlanıldığı, ailələrindən ayrıldığı və ya ölərək müvəqqəti məzarlarda basdırıldığı məlum deyil. İndi əsas odur ki, mümkün qədər çox insanın şəxsiyyətini müəyyən etmək üçün bütün lazımi tədbirlər görülsün. İtkin düşənlərin və ölənlərin böyük əksəriyyəti müharibə cinayətlərinin qurbanıdır, ona görə də günahkarlar cavab verməlidir”, - Hollidey bildirib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol