Ruslar Xersonda uşaq oyuncaqlarını da minalayıblar

09:48 - 25 Noyabr 2022 - GÜNDƏM

 Ruslar Xersonda uşaq oyuncaqlarını da minalayıblar

Xersondan geri çəkilərkən rus ordusu çoxlu sayda əşyaları, o cümlədən uşaq oyuncaqlarını minalayıblar.

Buta.ws xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Rostislav Smirnov deyib.

Onun sözlərinə görə, Xersonda minaların miqyası son dərəcə böyükdür:

"İndi əsas diqqət minatəmizləmə işinə verilir. Orada minatəmizləmənin miqyası həddən artıq böyükdür. Uşaq oyuncaqlarında, hətta iki futbol topunun arasında mina var idi. Xerson vilayətinin işğaldan azad edilmiş ərazilərində xilasedicilər artıq 5000-dən çox partlayıcı obyekti zərərsizləşdiriblər".


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol