Rusiya 9 ayda müharibəyə bu qədər xərcləyib

08:02 - 25 Noyabr 2022 - GÜNDƏM

 Rusiya 9 ayda müharibəyə bu qədər xərcləyib

Ukraynada müharibənin 9 ayı ərzində Rusiyanın hərbi xərcləri təxminən 82 milyard dollar təşkil edib ki, bu da ölkənin illik büdcəsinin 1/4-ni təşkil edir.

Buta.ws xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Bildirilib ki, 2021-ci ildə Rusiyanın büdcə gəlirləri 340 milyard dollar təşkil edib.

Ən böyük xərclər ordunun təminatı (28,7 milyard), itirilmiş texnika (20,8 milyard) və hərbçilərin maaşları (15,6 milyard) ilə bağlı olub.

“Yalnız ordunun təminatı ilə bağlı danışsaq, o zaman ən böyük xərcin (14,1 milyard) raketlərin istifadəsinə aid olduğunu deyə bilərik. Rusiya Ukraynaya 4 mindən çox raket buraxıb və bunların da orta dəyəri 3 milyon dollar təşkil edir. Bundan əlavə, artilleriya təminatı üçün də 6,6 milyard dollar xərclənib”, - deyə bildirib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol