Türkiyəni başa düşürük, amma... – Zaxarova

00:12 - 25 Noyabr 2022 - GÜNDƏM

 Türkiyəni başa düşürük, amma... – Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyənin Suriyada mümkün quru əməliyyatı ilə bağlı açıqlama verib.

Buta.ws Teleqraf.com-a istinadən xəbər verir ki, Rusiya rəsmisi bu və digər məsələrlə bağlı Ankara və Moskva arasında sıx təmasların olduğunu deyib.

“Suriya məsələsində Türkiyə tərəfi ilə sıx əlaqə saxlayırıq. Türkiyənin milli təhlükəsizliyinə təhdidlərlə bağlı narahatlığını başa düşürük, amma Suriya ərazisində quru əməliyyatının keçirilməsi regionda gərginliyi daha da yüksəldəcək və orada terrorçuların fəallığını artıracaq”, - Zaxarova vurğulayıb.

Rusiya rəsmisi əlavə edib ki, sərhəd bölgələrində təhlükəsizliklə bağlı məsələlərin tam həllinin ən yaxşı yolunun Türkiyə və Suriya hökumətləri arasında birbaşa dialoqun qurulması olduğuna inanırlar.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol