Şahbaz Şərif Türkiyəyə gedir

23:10 - 24 Noyabr 2022 - GÜNDƏM

 Şahbaz Şərif Türkiyəyə gedir

Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 25-də Türkiyəyə iki günlük rəsmi səfərə gedəcək.

Buta.ws xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Şahbaz Şərif səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Liderlər ikitərəfli münasibətlərə dair geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparacaq, regiondakı vəziyyəti və digər mövzuları müzakirə edəcəklər.

Şahbaz və Ərdoğan, həmçinin "PNS Khaibar" gəmisinin suya buraxılması mərasiminə qatılacaqlar.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol