Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Samsung-un yeni hədəfi: Smartfonlar üçün 600 MP-lik kamera sensoru hazırlamaq

İKT
Samsung-un yeni hədəfi: Smartfonlar üçün 600 MP-lik kamera sensoru hazırlamaq

Məlumdur ki, Samsung smartfon ekosistemində hal-hazırda ən güclü kamera sensorlarını istehsal edən şirkətdir. Ultra yüksək meqapikselli sensorları ilə son zamanlar adından söz etdirən şirkət 64 MP və 108 MP keyfiyyətində şəkil çəkən smartfon kamera sensorlarını istehsal etmişdi. İndi isə şirkət rəsmilərinin dediklərinə görə məqsədləri insan gözü qədər dəqiq çəkə bilən 600 Meqapiksellik kamera sensorları istehsal etməkdir.

 

Bu haqda Samsung-un kamera sensoru departamentində işləyən müdir müavini John Yong-In Park məlumat verib.

 

John Yong-In Park verdiyi məlumatda insan gözünün təxminən 500 Meqapikseldən daha yüksək keyfiyyətdə görüntü əldə etdiyini vurğulayır. Lakin müasir kamera və smartfonlara baxdığımızda onlar 40 MP, 12 MP və 27 MP sensorlar istifadə etdiyini görürük. Həmçinin qeyd olunur ki, şirkətlər kamera sensorlarında piksel birləşdirmə üsullarından istifadə edərək şəkillərin daha keyfiyyəti olması üçün çalışırlar. Məsələn 108 MP-lik kameraya malik smartfonlar əslində 3x3 piksel birləşdirmə üsulunu istifadə edərək 27 Meqapiksel keyfiyyətində şəkillər çəkir. Əlbəttə doğurdan da 108 Meqapiksel keyfiyyətində çəkmək də mümkün olur, lakin bu halda şəkillərin həcmi çox yüksək olur.

 

  Park qeyd edir ki, insan gözü ilə eyni görüntü keyfiyyətini verən kamera sensorlarının istehsal olunmasına hələ uzun müddət vaxt lazımdır. Lakin Samsung şirkəti son hədəf olaraq 600 Meqapiksel keyfiyyətində görüntü verə bilən kamera sensorları hazırlamağı seçib. Belə görürür ki, daha uzun müddət smartfon ekosistemində Meqapiksel Müharibələri görəcəyik.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

İKT bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla