XİN rəhbəri: Bu öhdəliklərin yerinə yetirilməsi zəruridir!

22:34 - 24 Noyabr 2022 - GÜNDƏM

 XİN rəhbəri: Bu öhdəliklərin yerinə yetirilməsi zəruridir!

Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir.

Buta.ws xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Azərbaycan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq regionda kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atır. Bu xüsusda, Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir. Bu, bölgənin tam potensialından istifadəyə, həm də sülh quruculuğu prosesinə mühüm töhfə verə bilər", - nazir qeyd edib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol