Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Evdə idmanla məşğul olarkən bunlara diqqət edin

Sağlamlıq
Evdə idmanla məşğul olarkən bunlara diqqət edin

Karantin günlərində idman zallarının bağlanması bir çoxlarını evdə fitnes, pilateslə məşğul olmağa məcbur edib. Bəziləri evdə idmanı mümkünsüz hesab etsə də, bir çoxları sağlamlığı üçün hər şəraitdə ondan vaz keçmir. Evdə hərəkətsiz qalmaq orqanizm üçün nə qədər ziyandır, bunu artıq illərdir mütəxəssislər deyir.

 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ev idmanı zamanı bir çox hallara diqqət etmək mütləqdir. Bunun üçün aşağıdakılara diqqət edin:

 

Çox və ya az idman etməyin - Bəziləri evdə idman edərkən saatın fərqinə varmır və həddindən artıq hərəkətlər edir. Bu da sağlamlığınız üçün yaxşı deyil. Bir çox fiziki problemlərin yaranmasına gətirib çıxara bilər.

 

Fitnes səviyyənizi doğru dəqiqləşdirin - Bədəninizin nəyə ehtiyac olduğunu dəqiqləşdirin. Hər zaman asandan çətinə, sadədən qarışıqlığa gedən bir yol izləyin. Evdə özünüzə həftəlik fitnes planı qurun.

 

Həftədə 3-4 gün idman edin - Günlük idman etməyiniz 1 saatdan artıq olmamalıdır. Oturacaq, yastıq, su şüşələri idman edəcəyiniz zaman sizə lazım olacaq alətləri əvəzləyə bilər.

 

Nəbz atışlarınızı yoxlayın - Nəbz ölçən aparat və ya saatınız yoxdursa, əlinizlə bunu edin. 10 saniyə nəbz atışınızı sayın və onu 6-ya vurun. Nəfəsinizin kəsilməsi yaxşı idman etdiyiniz mənasını vermir.

 

İdman etmək çəkinizlə bərabər sağlam həyat tərzinizə də kömək edir - İdman etsəniz özünüzü çox rahat və xoşbəxt hiss edəcəksiniz. Stress səviyyəniz düşər. Enerjiniz yüksələr. Hətta dəriniz də gözəlləşəcək.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Sağlamlıq bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla