44 günlük savaş: erməni məmurlar istintaqa cəlb olundu

21:34 - 24 Noyabr 2022 - GÜNDƏM

 44 günlük savaş: erməni məmurlar istintaqa cəlb olundu

Ermənistanın bir qrup yüksək vəzifəli şəxsi 44 günlük müharibə zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilib.

Buta.ws xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Komitə istintaqın maraqları naminə konkret kimin dindirildiyini açıqlamayıb. Qurum həmçinin araşdırmanın hansı mərhələdə olduğunu açıqlamayıb.

Eyni zamanda İstintaq Komitəsi xatırladıb ki, cinayət işi çərçivəsində şahid statusunda olan baş nazir Nikol Paşinyan da dindirilib.

Xatırladaq ki, müharibə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci (Ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə cinayət işi başlanıb.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol