Zurabişvilidən Saakaşvili ilə bağlı mühüm açıqlama

19:50 - 24 Noyabr 2022 - GÜNDƏM

 Zurabişvilidən Saakaşvili ilə bağlı mühüm açıqlama

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin sağlıq durumu ilə bağlı müvafiq ekspert rəyi olarsa, məhkəmə layiqli qərar verməlidir.

Buta.ws xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Əgər belə bir nəticə varsa (Saakaşvilinin səhhətinin acınacaqlı durumu ilə bağlı – red.), o zaman o, məhkəməyə təqdim edilməli və məhkəmə layiqli qərar verməlidir”, - Zurabişvili bildirib.

Qeyd edək ki, bundan əvvəl Saakaşvilinin vəkili Şalva Xaçapuridze Zurabişviliyə görüşlə bağlı müraciət ünvanlamışdı. O, səhhətindən dolayı Saakaşvilinin cəzasının təxirə salınmasının vacibliyində israr edir.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol