Nazirdən Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq

17:48 - 24 Noyabr 2022 - GÜNDƏM

 Nazirdən Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib

Buta.ws xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Ermənistanın Laçın dəhlizindən razılaşmalara zidd formada istifadə etdiyini bildirib.

Nazir deyib ki, üçtərəfli bəyanata əsasən dəhlizin prinsipləri və istiqamətləri var:

“Ancaq dəhliz buna zidd olaraq istifadə edilir. Buna son qoyulmalıdır. Azərbaycan tərəfi bütün lazımi addımları atacaq. Bununla bağlı həm beynəlxalq müstəvidə, həm də digər tərəfdaşlarla danışıqlarımız davam edəcək”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol