A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə alan jurnalist Səbuhi Məmmədli əməliyyat olunub.
TƏBİB-dən Buta.ws-a verilən məlumata görə, əməliyyat uğurlu keçib və jurnalistin vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, jurnalist Respublika Klinik Xəstəxanasında, akademik M.ATopçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müalicələr alıb. Onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb. Xroniki böyrək çatışmazlığı xəstəliyi səbəbilə dializ alır təmin edilir. Hazırda müalicəsi A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində davam edir.
- Bu xəbərlərə də göz at
- Bu il türk ordusu 2 mindən çox terrorçunu məhv edib
- Ukraynaya yardım edəcəyimizə söz vermirik - ABŞ
- Ər-Riyada İrəvanla sülh təşəbbüsləri barədə məlumat verildi
- Berlindən Bakı-İrəvan razılaşmasına: Cəsarətli addım!
- Bakı 2 azərbaycanlı üçün niyə 32 erməni qaytarır?
- İsrailin keçmiş baş qərargah rəisinin oğlu Qəzzada öldü