Ölkədə saxlanılan şəxslərə işgəncə verilir? – Baş prokuror danışdı

17:10 - 24 Noyabr 2022 - GÜNDƏM

 Ölkədə saxlanılan şəxslərə işgəncə verilir? – Baş prokuror danışdı

Baş prokuror Kamran Əliyev ölkədə saxlanılan şəxslərə işgəncə verilməsi ilə bağlı iddialara münasibət bildirib.

Buta.ws xəbər verir ki, bu barədə o, Baş Prokuror yanında Elmi-Məsləhət Şurasının iclasında danışıb.

Baş prokurorun sözlərinə görə, təqsirləndirilən şəxslər, əsasən, məhkəmə istintaqı zamanı işgəncə faktları ilə bağlı ifadələr verirlər:

"Adətən narkotik işlərində saxlanılan şəxslər saxlanıldıqları və ya istintaq dövründə işgəncələr aldığı ilə bağlı ifadələr verir. Bu məsələlərdə prokurorluq orqanları çox diqqətli olmalıdır. Çünki bəzən təqsirləndirilən şəxslər məsuliyyətdən özünü kənarda saxlamaq məqsədilə bu yola əl atırlar. Bu məsələlər çox ciddi şəkildə araşdırmalıdır".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol