İran qadınları beynəlxalq təşkilatlara məktub yazdı

16:58 - 24 Noyabr 2022 - GÜNDƏM

 İran qadınları beynəlxalq təşkilatlara məktub yazdı

İran Millətləri Qadınlar Təşkilatı BMT, UNİSEF, Beynəlxalq Amnistiya Təşkilatı və Beynəlxalq Əmək Təşkilatına məktub ünvanlayıb.

Buta.ws xəbər verir ki, “İranda insan haqları müdafiəçiləri ilə maraqlanan hər kəsə” adlı məktubda hökumətə qarşı ciddi addımların atılması tələb olunur.

Məktub müəllifləri nümayişlərdə etirazçıların öldürülməsi ilə yanaşı, azyaşlı uşaqlara qarşı da amansız davranıldığını vurğulayıblar.

Qeyd edək ki, İran Millətləri Qadınlar Təşkilatı türk, kürd, bəluc, ərəb və türkmən qadın fəallarından təşkil edilib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol