Lukaşenko İrəvanda onun villasında gecələdi

16:14 - 24 Noyabr 2022 - GÜNDƏM

 Lukaşenko İrəvanda onun villasında gecələdi

Belarus Prezidenti Aleksandr Lukaşenko İrəvanda keçirilən KTMT sammitindən sonra Qagik Çarukyanın villasında gecələyib.

Buta.ws xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla, bütün qonaqlar otelə yollanıb. Lakin Lukaşenkonu Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qagik Çarukyan evində qəbul edib.

Bildirilib ki, Çarukyan uzun müddət və diqqətlə Lukaşenkonu öz malikanəsində qəbul etməyə hazırlaşıb. Ev Çarukyanın mühafizəçiləri tərəfindən mühafizə olunub və onlar Lukaşenkonu ağ-qara geyimdə qarşılayıblar.

Qeyd edək ki, Çarukyan rusiyayönümlü siyasətçidir.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol