Xovayev Bakıdadır, sülh sazişini müzakirə edir - Zaxarova

15:28 - 24 Noyabr 2022 - GÜNDƏM

 Xovayev Bakıdadır, sülh sazişini müzakirə edir - Zaxarova

Rusiya XİN-in Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım məsələləri üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıdadır.

Buta.ws xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, noyabrın 14-də Xovayev İrəvanda olub və orada Ermənistanın siyasi rəhbərliyi ilə bir sıra məsləhətləşmələr aparıb:

“İndi o, Azərbaycan tərəfi ilə görüşmək üçün Bakıdadır. Bu təmaslar zamanı sülh müqaviləsi məsələləri də müzakirə olunur”.

Sülh müqaviləsi ilə bağlı İrəvan və Bakıda verilən bəyanatlara gəlincə, Zaxarova bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması digər məsələlər kimi çox çətin və həssas xarakter daşıyır:

“Biz konkret razılıq əldə etməmişdən əvvəl tərəflərin mövqelərini şərh etməyi məqsədəuyğun hesab etmirik”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol