Azərbaycanda alim oğlunun qəbri üstündə öldü

15:02 - 24 Noyabr 2022 - HADİSƏ

 Azərbaycanda alim oğlunun qəbri üstündə öldü

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris departamentinin direktor müavini, dosent Ənvər İmanov oğlunun qəbri üstə vəfat edib.

Bu barədə Buta.ws-a ali məktəbdən məlumat verilib.

Ə.İmanov noyabrın 24-də oğlunun məzarını ziyarətə gedib. Qəbiristanlıqda alimin qəfildən halı pisləşib və ürəktutmasından dünyasını dəyişib. Qeyd olunub ki, əvvəllər onun səhhətində heç bir problem olmayıb. O, ötən gün universitetdə tələbələrə dərs deyib.

70 yaşlı Ə.İmanov müasir Azərbaycan pedaqogikasının inkişafında və təhsil təşkilatçılığında böyük xidmətləri olan görkəmli pedaqoq alim idi.

Xatırladaq ki, Ə.İmanovun övladı ötən il dünyasını dəyişib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol