5 ağsaqqal həbs edildi - azərbaycanlılar etiraza qalxdı

13:56 - 24 Noyabr 2022 - GÜNDƏM

 5 ağsaqqal həbs edildi - azərbaycanlılar etiraza qalxdı

Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərinin məhkəməsi qarşısında aksiya keçirilib.

Buta.ws xəbər verir ki, azərbaycanlı etirazçılar Zunuz bölgəsindən olan 5 ağsaqqalın azadlığa buraxılmasını tələb ediblər.

Həbs olunanlar qanunsuz mədən fəaliyyətləri və istismarı nəticəsində bölgədə ətraf mühitin məhv edilməsinə etiraz edən Zunuz sakinləridirlər.

Xatırladaq ki, yerli sakinlər və ətraf mühit fəalları yaranan ekoloji problemlərlə bağlı əlaqədar dövlət qurumlarına müraciətlərinin nəticə vermədiyi üçün dəfələrlə etiraz aksiyası keçiriblər.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol