Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Koronavirusun əsl dərmanı təbiətdə imiş - 1001 dərdin dərmanı olan TƏBİİ ANTİBİOTİK

Sağlamlıq
Koronavirusun əsl dərmanı təbiətdə imiş     - 1001 dərdin dərmanı olan TƏBİİ ANTİBİOTİK

Koronavirus pandemiyası yayıldıqdan bəri mütəxəssislərin tövsiyələrindən biri də immun sisteminin gücləndirilməsi və bunun mümkün olduğu qədər təbii yolla aparılmasıdır.

 

Buta.ws qazet.az-a istinadən xəbər verir ki, koronavirusa qarşı tədbir görmək məqsədilə istifadəsi tövsiyə edilən məhsullardan biri də propolisdir.


Təbii şəraitdə əmələ gələn propolisin koronavirus ailəsi üzərində aparılan araşdırmalar nəticəsində infeksiyaya qarşı effektvliyi sübuta yetirilib. Antibikrobial və və antivirus xüsusiyyəti olan bu maddə immun sistemini gücləndirən qidaların önündə gəlir. Mütəxəssislər bildirir ki, koronavirus ailəsinə daxil olan əvvəlki virusların müalicəsində propolisdən istifadə olunub və müsbət nəticə verib. Lakin hələ ki, yeni tip koronavirus üzərində effektivliyi aşkarlanmayıb. Lakin immun sisteminə olan faydası dolayısı ilə koronavirusa qarşı müqaviməti təmin etməsi deməkdir.
Propolis immun sistemi ilə yanaşı, ürək-damar, revmatizm, orqanların yapşıqanlığı üzərində aparılan araşdırmalarda da müsbət effekt verib.


Propolis nədir?


Propolis arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayıb emal etməklə alınır. Bu plastilinə oxşayan, sarı-yaşıldan qəhvəyi-qaraya qədər çox müxtəlif rənglərdə ola bilən spesifik balzam qoxulu maddədir. 15-17°-də bərk, 36-38°-də yumşaq, plastik, yapışan konsistensiyalıdır. Propolisin tərkibində 50-55% qatran, 30%-ə qədər mum, 8-10% efir yağları və bundan başqa müxtəlif vitaminlər və mikroelementlərlə zəngin olan 5%-ə qədər çiçək tozcuğu vardır.


Propolis müalicə məqsədilə ilk dəfə Qədim Misirdə, sonra Qədim Yunanıstanda və Romada istifadə olunub. Onun dərman xüsusiyyətləri barədə Dioskorid (b.e.ə. I əsr) "Dərman vasitələri haqqında”, İbn Sina isə (980-1037-ci illər) məşhur "Həkimlik elminin qanunu” əsərində yazıb.


Propolisin antimikrob təsiri çox məşhurdur. Adi antibiotiklərdən fərqli olaraq, propolisə qarşı mikroblarda öyrəncilik əmələ gəlmir. Bundan başqa propolisin iltihabəleyhinə, yaraları tez bərpa edən, büzücü, keyidici (analgetik), antitoksik, antioksidant, ümumi gücləndirici, immunostimulyator və s. təsirləri vardır.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Sağlamlıq bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla