44 günlük müharibə niyə 2 həftə çox davam edib? - General

11:40 - 24 Noyabr 2022 - CƏMİYYƏT

 44 günlük müharibə niyə 2 həftə çox davam edib? - General

İkinci Qarabağ müharibəsi hərbi ekspertlərin təxmin etdiyindən 2 həftə çox davam etdi.

Buta.ws xəbər verir ki, bu sözləri Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev qeyd edib.

"Oktyabrın əvvəllərində güman edilirdi ki, Azərbaycanla müharibə aparmaq üçün Ermənistanın sursat və yanacaq da daxil olmaqla resursları yalnız növbəti 2-3 həftəyə yetəcək, sonra xarici hərbi dəstək olmasa İrəvanın döyüşmək üçün heç nəyi qalmayacaq. Lakin xarici havadarlarının Ermənistanı silah və texnika ilə gizli şəkildə dəstəkləməsi müharibənin nisbətən uzun çəkməsinə səbəb oldu. Bu məqamda Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın sayının təhlili də önəmlidir. İkinci Qarabağ müharibəsində məhv edilən düşmən texnikasının sayı sübut etdi ki, Ermənistan Respublikası xarici havadarlarının dəstəyi ilə beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozmuş və regionda ciddi təhlükəsizlik təhdidinə çevrilmişdi", - deyə H.Piriyev vurğulayıb.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol