Qonşu ölkədən İrana yönəlik təhdid olduğu müddətcə silahlı qüvvələrimiz milli təhlükəsizliyi təmin etmək üçün beynəxalq hüquq və BMT razılaşması çərçivəsində əməliyyatları davam etdirəcək.
Buta.ws xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
“Ölkələrindən İrana terror fəaliyyətləri yönələn qonşularımızla diplomatik təmasları davam etdiririk. Xüsusilə, İraq Kürdüstan Regional Administrasiyasının nəzarətindəki ərazilərdə yerləşən 76 terrorçu və əks-inqilabi qüvvələr İrana ABŞ və İsrail silahları daşıyır”, - deyə XİN rəhbəri bildirib.
Abdullahian, həmçinin, İraq mərkəzi hökumətinin terrorçu qrupları silahsızlandırma və İran sərhədindən uzaq tutacağı ilə bağlı öhdəlik götürdüyünü əlavə edib.
Qoyun sürüsü: Valideynlər və müəllimlər arasında gərgin "WhatsApp danışığı - SƏS YAZISI
Qeyd edək ki, SEPAH İraqın şimalında PKK terror qruplaşmasının mövqelərinə zərbələr endirib.
- Bu xəbərlərə də göz at
- Ukraynaya yardım edəcəyimizə söz vermirik - ABŞ
- Ər-Riyada İrəvanla sülh təşəbbüsləri barədə məlumat verildi
- Berlindən Bakı-İrəvan razılaşmasına: Cəsarətli addım!
- Bakı 2 azərbaycanlı üçün niyə 32 erməni qaytarır?
- İsrailin keçmiş baş qərargah rəisinin oğlu Qəzzada öldü
- Mişeldən Bakı-İrəvan razılaşmasına reaksiya