Batya: Sülh sazişi olacaq. Nikol susur, deməli... – Video

23:28 - 23 Noyabr 2022 - GÜNDƏM

 Batya: Sülh sazişi olacaq. Nikol susur, deməli... – Video

Əgər bugünkü kimi fəaliyyətə davam etsək, Ermənistan-Azərbaycan münaqişəsi başa çatacaq.

Buta.ws xəbər verir ki, bu sözləri Belarus lideri Aleksandr Lukaşenko KTMT KTŞ-nın İrəvanda keçirilən sammitində deyib.

“KTMT-nin daxili konturunda dövlətlərin birliyini artırmaq, təşkilatı gücləndirmək üçün gərginliyin azaldılması və münaqişələrin həlli, məsuliyyət sahəsində sabitlik və təhlükəsizlik vacibdir. Çox şey açıqlanmır, amma ilk dəfə səmimi və açıq söhbət baş verdi. Bax, Nikol Vovayeviç (Paşinyan) dedi ki, 15 bənd razılaşdırılıb. Çoxdan razılaşdığımız bir bəndlə bağlı bizim XİN-lər, erməni dostlarımız dəyişiklik təklif etdilər. Qərara gəldik ki, bunu qəbul etməyək, dərinə getməyək. Amma ilk dəfə biz razılaşdıq və bu istiqamətdə konkret hərəkət oldu ki, anlaşmaq üçün təmas nöqtələri var.

İndiki sədrin açıqlamasından hamımızın başa düşdüyü kimi, bu gün müzakirə etdiyimizə uyğun hərəkət etsək, Ermənistan-Azərbaycan münaqişəsi bitəcək və sülh müqaviləsi bağlanacaq. Mən bunu ürəkdən alqışlayıram. Nikol Vovayeviç susur, deməli, mənim indi dediklərimlə razıdır. Bax, görürsünüzmü (N.Paşinyanın başını tərpətməsinə işarə edir), razıdır”, - Lukaşenko bildirib.

Belarus lideri bildirib ki, həll edilməli digər konfliktlər də var:

“Orda da (Tacikistan-Qırğızıstan sərhəd münaqişəsi nəzərdə tutulur – red.) irəliyə doğru ciddi hərəkətlənmə var. Ciddi, məsuliyyətli təşkilat olmaq istəyiriksə, bu konfliktləri silməliyik. Əgər öz çevrəmizdə bunu bacarmırıqsa, onda biz nəyə qadirik?”

O qeyd edib ki, Ermənistandan sonra KTMT-də sədrlik Belarusa keçir və o, buna görə bütün məsələlərə baxışını ortaya qoyur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol