Ölkədə qadın sahibkarlara nə qədər kredit ayrılıb?

23:22 - 23 Noyabr 2022 - GÜNDƏM

 Ölkədə qadın sahibkarlara nə qədər kredit ayrılıb?

2022-ci il yanvar-oktyabr aylarında 173 qadın sahibkara 6 milyon manatdan çox güzəştli kredit verilib.

Buta.ws xəbər verir ki, bunu bu gün Sahibkarlığın İnkişafı Fondunun tərəfdaşlarla iş üzrə şöbəsinin rəhbəri İsmayıl Hüseynov “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” Forumu çərçivəsində "Rəqəmsallaşmaya və iqtisadiyyatda yeni keyfiyyətə keçiddə dövlət orqanları və özəl sektorun əməkdaşlığı" adlı pansel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, hesabat dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 105,6 milyon manat məbləğində güzəştli kredit verilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 44,3 faiz çoxdur.

İ.Hüseynov vurğulayıb ki, 2022-ci ildə Fond biznes subyektlərinə ümumilikdə 140 milyon manat güzəştli kredit verməyi planlaşdırır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol