Ümid edirik ki, Azərbaycanla Ermənistan... - Tokayev

22:18 - 23 Noyabr 2022 - GÜNDƏM

 Ümid edirik ki, Azərbaycanla Ermənistan... - Tokayev

Ümid edirik ki, Rusiya tərəfinin sülhməramlı səyləri Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yardım edəcək.

Buta.ws xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən sammitində Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev deyib.

“Biz hamımız Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlıyıq. Ümid edirik ki, Rusiya tərəfinin sülhməramlı səyləri Ermənistan-Azərbaycan münaqişəsini siyasi və diplomatik yollarla həll etməyə və tərəflərin sülh müqaviləsini imzalanmasına imkan verəcək”, - Tokayev bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol