Gəncədə 4 nəfər dəm qazından zəhərləndi: ölən var

20:32 - 23 Noyabr 2022 - HADİSƏ

 Gəncədə 4 nəfər dəm qazından zəhərləndi: ölən var

Gəncə şəhərində 4 nəfər mənzildə dəm qazından zəhərlənib, onlardan biri ölüb.

Buta.ws xəbər verir ki, 2000-ci il təvəllüdlü Zəhra Rəsul qızı Musayeva xəstəxanaya aparılsa da, dünyasını dəyişdiyi məlum olub.

Bildirilib ki, 2015-ci il təvəllüdlü Zeynəb Rəsul qızı Musayeva, 2018-ci il təvəllüdlü Dərya Tural qızı Musayeva və 2019-cu il təvəllüdlü Fatimə Tural qızı Musayeva Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib, vəziyyətləri kafi və orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol