Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Vətəndaşların tibbi qaydalara riayət etməsi zəruridir

Sağlamlıq
Vətəndaşların tibbi qaydalara riayət etməsi zəruridir

Koronavirusun hələ 2002-ci ildə Sars virusu adı altında yarasadan insana keçdiyi  iddialar arasında yer alır. Ondan sonra 8 ölkədə bir neçə adla insanlara yoluxmağa başladı. Son olaraq 2019-cu ildə COVİD-19 adı altında özünün ən yüksək mərhələsinə qədəm qoydu. Artıq minlərlə insan onun qurbanına çevrilmişdir. Bu xətəliyin əlamətləri , bildiyimiz kimi, yuxarı tənəffüs yollarının ağırlaşması iltihabı, boğazda göynəmə və ağciyərlərdə pnevmaniya kimi öz təsirini göstərir. Bu isə ağciyər iltihabına çevrilərək insan həyatına böyük təhlükə törədir və bir çox hallarda ölümlə nəticələnir.

 

Bu xəstəlik daha çox risk faktoru çox olan xəstələr,  immuniteti zəif olanlar, xüsusən, yaşlılarda özünü daha tez göstərir. İlk olaraq soyuqdəymə kimi yayılsa da, əlamətləri əsasən hərarət, yuxarı tənəffüs yollarının ağırlaşması, oksigen çatışmazlığı və antibiotek terapiyaya cavab verməməsidir. Xəstəliyin risk faktorları əsasən odur ki, şəkərli diabetlər təzyiqli xəstələr ürəyin işemik xəstəlikləri olanlar yoluxmaya həssas olurlar. Ürək damar xəstəliklər olan insanlar tənginəfəslikdən əziyyət çəkirlər. Onlarda gecə boğulmaları olur və bu kimi xəstələrdə koronavirusa yoluxma halları daha tez müşahidə olunur. Belə xəstələrin həyat təhlükəsi daha çox olur.

 

Bu gün koronavirusun dərmanları alimlər tərəfindən konkret olaraq tapılmayıb. Bir nüansı qeyd etmək yerinə düşər. Bizim müqəddəs kitabımız Qurani-Kərimdə də, hədislərimizdə də insanlarımıza nəfslə bağlı göstərişlər var. İnsanı sağlam saxlaya bilən konkret faydalı buyuruqlar var ki, onlardan biri də hər şeydə normanı həddi aşmamaqdır. Bu, xüsusilə qida, su məsələlərində çox faydalıdır. İnfeksiya daşıyıcısı olan qidalardan xüsusilə qaçılmalıdır. Çoxlu miqdarda qaynaadılmış, strelizə olunmuş su içmək insan üçün daha faydalıdır.Lakin su belə həddində qəbul edilərsə effektiv olar. Yoluxmanın qarşısını almaq üçün əsasən içinə duz əlavə edilmiş qaynar sudan gündəlik istifadə edilməlidir. Sarımsaqdan, soğandan gündə bir dəfə istifadə etmək mikroblara qarşı istifadə etmək effektivdir. Əlləri spirtləməkdən daha çox, sabundan tez-tez istifadə etmək məsləhətdir. Bir sözlə, gigiyenik qaydalara düzgün riayət insanın köməyinə gəlir. Lakin əsas faktorlardan biri də, psixoloji durumu yaxşı saxlamaq, fərd olaraq xəstəliyə yenilməməkdir. İnsanlar xəstəliyə qarşı müqavimətdə qətiyyətli olmalıdırlar.

 

Məlum olduğu kimi, ağciyər ürəyə çox yaxın və əlaqəli orqandır. Ürəkdə olan dəyişikliklər ağciyərə də təsir edir və yaxud əksinə. Ürəyin qan işlətməsi ağciyərlər vasitəsilə daha da tezləşir. Qan dövranında düzgün nəfəs almaq çox vacibdir. Yaşlılarda xroniki ürək çatışmazlığı çox inkişaf etdiyindən bu xəstəliyə də məhz ən çox yaşlılar arasında rast gəlinir.  Qan azlığı olan xəstələrdə də, yoluxma riski yüksəkdir. Qanı artran qidalardan istifadə etməyi tövsiyə edirəm. Xüsusilə, gənclərdə qan azlığı xəstəliklərinə çox rast gəlinir. Gənclərə də tövsiyyəm budur ki, bu sıradan qrip olmadığından, onunla mübarizə də, ciddi və diqqətli olmalıdır. İmkan daxilində özlərini qələbəlik yerlərdən izolyasiya etməyi bacarsınlar.

 

Hazırda dünyanın bir sıra ölkələrində qorxulu tendensiya yaradan və getdikcə çoxsaylı insan ölümlərinə səbəb olan koronavirus ÜST tərəfindən qlobal pandemiya elan edilib. Ölkəmiz də bu virusa qarşı mübarizəyə qoşularaq ciddi tədbirlər görməkdədir. ÜST ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırki qlobal təhlükəni ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət olunması üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınmışdır.  Tətbiq olunan qaydalar həm də milli təhlküsizlik və milli həmrəylik məsələsidir. Hər bir vətəndaşmız təkcə öz sağlamlığı üçün deyil, həm də yaxınlarının təhlükəsizliyi üçün çalışmalıdır. Prezident İlham Əliyevin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsini gücləndirilməsi haqqında son sərəncamı da göstərdi ki, dövlətimiz bu məsələyə nə qədər ciddi yanaşır.

 

Beləliklə, son nəticə odur ki, dünyanı bürüyən bu təhlükəli xəstəliklə mübarizə asan olmasa da, mümkündür və inanıram ki, dövlətimizin təxirəsalınmaz tədbirlər görməsi, vətəndaşlarımızın qaydalara riayət etməsi ilə bu bəşəri problemi uğurla dəf edəcəyik.

 

Nuranə Əliyeva,
Avropa Kardioloqlar Assosiasiyasının üzvü,
“İDEA” İctimai Birliyinin üzvü, həkim- kardioloq

 

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Sağlamlıq bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla