Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

COVID-19 statistikası: Ən çox ölüm bu yaş aralığındadır

Dünya
COVID-19 statistikası: Ən çox ölüm bu yaş aralığındadır

ABŞ-da yeni tip koronavirusa yoluxaraq xəstəxanaya çatdırılan orta yaşlı (45-65) şəxslərin 10 faizinin dünyasını dəyişdiyi ortaya çıxıb.

 

Bu barədə “HaberGlobal” məlumat yayıb.

 

Səhiyyə sahəsində informasiya texnologiyaları təqdim edən “Allscripts” adlı şirkət ABŞ-da 43 ştatda COVID-19-a yoluxaraq xəstəxanaya çatdırılan 6479 xəstənin qeydiyyat sənədləri əsasında statistika hazırlayıb.

 

Statistikaya əsasən, ölkədə COVID-19-a yoluxaraq xəstəxanaya çatdırılan şəxslər arasında 55-64 yaş aralığı 21 faiz, 65-74 yaş aralığı 20 faiz, 20-44 yaş aralığı 19 faiz, 45-54 və 75-84 yaş aralığı isə 15 faiz təşkil edib.

 

Araşdırma nəticəsində həmçinin, xəstəxanaya çatdırılanlar arasında 20 yaşdan aşağı insanların cəmi iki faiz təşkil etdiyi bəlli olub.

 

Ölüm göstəriciləri

 

Xəstəxanaya çatdırılan şəxslər arasında ölüm faizlərinin yoxlanılması nəticəsində ən böyük göstərici 40 faizlə 85 yaşdan yuxarı xəstələrdə müşahidə olunub.

 

Bu yaş aralığını 23 faizlik göstərici ilə 65-74 yaşlı xəstələr izləyib.

 

Orta yaş olaraq qəbul edilən 45-65 yaşlı xəstələrin isə 10 faizi xəstəliyə müqavimət göstərə bilməyərək dünyasını dəyişib.

 

20 yaşdan aşağı xəstələrdə ölüm faizi birə, 20-45 yaş aralığındakı şəxslərdə isə dörd faizə bərabər olub.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Dünya bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla