Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bu ölkədə bütün koronavirus xəstələri sağaldı

Dünya
Bu ölkədə bütün koronavirus xəstələri sağaldı

Atlantik okeanın şimalında yerləşən, Danimarkaya bağlı olan muxtar respublika Qrenlandiyada koronavirus infeksiyasına yoluxan bütün xəstələr sağalıb.

 

Buta.ws qaynarinfo.az-a istinadən xəbər verir ki, 80 min əhalisi olan ölkədə 770 nəfər koronavirus testindən keçirilib. Onlardan 11 nəfərin nəticəsi müsbət çıxıb. 11 xəstənin hamısı sağalıb. Son 4 gündə yeni xəstə aşkarlanmayıb.

 

Buna baxmayaraq, ölkə rəhbərliyi hələlik "koronavirus üzərində qələbə" elan etməyin tez olduğunu bildirir. Səhiyyə Nazirliyinin rəsmisi Henrik Hansen yerli "Sermitsiaq AG" qəzetinə açıqlamasında "Hazırda vəziyyət normaldır. Amma virusun ölkədə yayılmasının nə vaxt dayanacağını indidən deyə bilmərik. Xəstəliyin simtomlarının müşahidə olunması 14 günə qədər uzana bilir. Buna görə qadağaların ləğv olunması üçün yeni yoluxmanın olmadığından əmin olmalıyıq" deyib.

 

Qeyd edək ki, Qrenlandiyada bir neçə həftədir 10-dan artıq insanın bir ayaya gəlməsi qadağandır. Bundan başqa Danimarka vətəndaşı olmayan insanların adaya girişi dayandırılıb, əksər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Dünya bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla