Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

SON DƏQİQƏ! Vətəndaşlara seçim imkanı verildi: İş və pul təklif olundu - VİDEO

Ölkə
SON DƏQİQƏ! Vətəndaşlara seçim imkanı verildi:     İş və pul təklif olundu - VİDEO

Koronavirus pandemiyasının iqtisadi zərərlərini azaltmaq məqsədilə hazırlanan tədbirlər planında bu ilin aprel-may aylarında 200 minə qədər şəxsə yaşayış minimumu qədər - 190 manat birdəfəlik ödəniş veriləcəyi qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənişin edilməsi üçün 70 milyon manat ayrılıb. Bəs işsiz kimi qeydiyyatdan keçən şəxslərə kimlər aid edilir? Hazırda çalışmayan hər kəs işsiz kimi qeydiyyatdan keçə bilərmi?

 

Buta.ws Sfera.az-a istinadən xəbər verir ki, işsiz kimi qeydiyyata alınmış vətəndaşlar müvafiq meyarlara cavab verdikdə onlara 190 manat birdəfəlik ödəniş veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov pandemiya dövründə işsiz kimi qeydiyyata alınma və birdəfəlik ödəmə verilməsi ilə bağlı məsələyə  təfərrüatı ilə aydınlıq gətirib.

 

Əmək və əhalinin  sosial müdafiəsi  nazirinin müavini Anar Kərimovun sözlərinə görə,meyarlara uyğun gələn vətəndaşlara birdəfəlik ödəniş   və ya ictimai işlərə cəlb olunaraq minimum əmək haqqı almaq təklif olunacaq. Burada qərar vətəndaşın seçimindən asılıdır.

 

İctimai işlər üçün də ilk olaraq www.e-sosial.az portalında qeydiyyata düşmək lazımdır. Xüsusi karantin rejimi davam edərsə, birdəfəlik ödənişlərin və ictimai işlərin vaxtının uzadılması nəzərdə tutulur.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla